Feysbuk bu gün də çökdü


22:56     22 Fevral 2017 alınan-facebook.jpg

Dünən YouTube-da yaranan giriş probleminin ardından bu gün də sosial şəbəkə nəhəngi Facebook eyni problemlə üz-üzə qalıb.


Dünən axşam YouTube-a giriş təxminən 1 saat mümkün olmayıb. Sayta girmək istəyən istifadəçilər "500 Internal Server Error" səhvi ilə qarşılaşıblar. İndi də ölkəmizdə bir o qədər hiss edilməsə də Avropanın bir sıra ölkələrində Facebook-a girişdə problem yaranıb.

Ölkəmizdə, Türkiyədə və ABŞ-da hiss edilməyən bu problem, xüsusilə xəbər lentinin işləməməsi ilə müşahidə olunur. Avropanın bir sıra ölkələri ilə yanaşı, Asiya və Uzaq Şərq ölkələrində bənzər problemlər müşahidə olunmaqdadır.

Problemlə əlaqədar Facebook tərəfindən bu dəqiqəyə kimi heç bir açıqlama verilməyib. Yaranan problemin səbəbi də bu dəqiqəyə qədər məlum deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 1095