Bakıdakı küçələrdən biri bağlanır


22:03     22 Fevral 2017 yol%20polisi%20masin9.jpg

Aparılan təmir işləri ilə əlaqədar olaraq Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində 23 fevral 2017-ci il tarixində səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.


"Azəravtoyol" ASC-dən Femida.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.

"Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 967