`Ermənilər qaçaq yolla gətirilən mallarla PKK-ya dəstək verir` – Göksel Gülbey


22:25     22 Fevral 2017 Göksel-Gülbey8.jpg

“Türkiyədə qeyri-qanuni yaşayan Ermənistan vətəndaşlarının özləri ilə birgə gətirdikləri spirtli içkilər PKK terror təşkilatına məxsusdur”.


Bunu Femida.az-a Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey deyib.

O bildirib ki, ermənilər bu malları qaçaq yollarla Gürcüstan və İran üzərindən gətirir.

"Bölgə əhalisinin verdiyi məlumata görə, bu qaçaq yolla gətirilən malların PKK-ya aid olduğu məlum olur. Həmin mallardan gələn gəlirlər silah alışına sərf edilir. Ermənistanın terror təşkilatına dəstək verdiyi açıq-aşkar ortadadır. Türkiyədə yaşayan qaçaq ermənilər bir müddət əvvəl PKK və HDP-nin (Xalqların Demokratik Partiyası) İstanbulda keçirdiyi mitinqlərə dəstək vermişdi.

Ermənistanın İran və Gürcüstan üzərindən qaçaq yolla gətirilən spirtli içkilər və siqaretlərlə yanaşı ticarət adı altında silah və partlayıcı maddələr də keçirdikləri məlumatlar alırıq ki, bu da bizi narahat edir . Yaxın günlərdə Sakaryada və Ordu bölgəsində Ermənistan vətəndaşlarının yaşadığı ünvanda tutulan qaçaq mallar bunun ciddi bir iş olduğunu göstərir”.

Göksel Gülbey Türkiyədə qeyri-qanuni yaşayan Ermənistan vətəndaşlarını təhlükə olaraq görür:

“Türkiyədə qeyri-qanuni yaşayan Ermənistan vətəndaşları erməni dərnəklərinə dəstək olurlar. Ermənilər onlara iş tapılmasında, bir yerdə toplanmalarına kömək edir və uşaqlarını oxutmaq üçün zirzəmilərdə məktəblər açmağa kömək edirlər. Terror təşkilatları öz əməlləri üçün bu qaçaq erməni vətəndaşlarından istifadə edirlər”.

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 1206