Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib
22:45 22 Fevral 2017
Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib.
DİM-dən Femida.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, mərkəzin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır.
Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində əksini tapacaq.
Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında veriləcəkdir) yararlanmaq olar.
Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.
Femida.az
Oxunub: 922
Oxşar xəbərlər
- Dövlət obyektləri internetdə satılacaq
- Dövlət bağçaları ilə bağlı yeni qaydalar təsdiqləndi
- Dövlət Agentliyinin rəhbərliyi formalaşdırıldı
- Dövlət başçıları İlham Əliyevi təbrik edir
- Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
- Dövlət qulluğunda işləmək şansı - Vakant vəzifələr
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - İMTAHAN OLACAQ
- Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - VƏZİFƏLƏR
- Dövlət Xidmətindən fermerlərə - Xəbərdarlıq