Bakı-Tbilisi qatarında gediş haqqı aşağı salınır


23:08     22 Fevral 2017 baku_vagzal_train_new_241214.jpg

1 aprel 2017-ci ildən etibarən 38/37 №-li Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq.


Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Belə ki, İsveçrə frankının Azərbaycan manatına qarşı bu günə olan məzənnəsinə uyğun olaraq, Bakıdan Tbilisiyə kimi gediş haqqı, yataq dəstinin istifadəsi və komisyon yığım daxil olmaqla, plaskart vaqonda – 30,16 AZN, kupe vaqonda – 44,50 AZN və SV vaqonda - 83,77 AZN təşkil edirsə, gediş haqqları aşağı salındıqdan sonra bu günə olan məzənnə ilə gediş haqqı plaskart vaqonda – 24,54 AZN, kupe vaqonda –35,32 AZN və SV vaqonda - 58.43 AZN təşkil edəcək.

Qeyd edək ki, İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da uyğun olaraq dəyişdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1370