Hərbi hissələrə baxış keçirilib


00:30     23 Fevral 2017 1456323969_daxili_goshunlar_andichme_150214_02.jpg

Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi və Daxili Qoşunların Bakı şəhərindəki “N” saylı hərbi hissəsində plan üzrə baxış keçiriblər.


Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Aparatın əməkdaşları tərəfindən Daxili Qoşunların Ali Hərbi Məktəbinin və “N” saylı hərbi hissəsinin bütün obyektlərinə, hərbi qulluqçuların yataqxanalarına, yeməkxanalarına, ərzaq anbarlarına, tibb məntəqəsinə, hərbi şəhərcikdə müasir üslubda tikilib otaqları bütün avadanlıqları ilə birgə istifadəyə verilmiş 1 ədəd on iki mərtəbəli və 2 ədəd beşmərtəbəli yaşayış binasına, 40 nəfərlik uşaq bağçasına baxış keçirilib.

Hərbi qulluqçulara yaradılmış şərait, onlarla rəftar, qidanın keyfiyyəti müsbət qiymətləndirilib. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2451