Ağdamda sex yanıb


02:46     23 Fevral 2017 2015-02-14-10-06-17fhn-yangin-full-liderxeber-640.jpg

Ağdamda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonu, Xındırıstan kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 m2 olan mebel sexinin içərisində 20 m2 sahəyə yığılmış taxta materialları, 8 ədəd masa, 3 ədəd divan və 4 ədəd mətbəx mebeli yanıb.

Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1569