Abşerondakı göl yenə daşdı - FHN hadisə yerindən xəbər yaydı


13:20     23 Fevral 2017 abseron%20gol.jpg

Bu gün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Daşağıl gölünün daşması nəticəsində həyətyanı sahələrə dolmuş suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.

Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində həyətyanı sahələrdə suyun səviyyəsi 15-20 sm endirilib. Hazırda suyun çəkilməsi işləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 2012