60 yaşlı kişi özün asdı


13:23     23 Fevral 2017 intihar%20%20w.jpg

Masallıda 60 yaşlı kişi özünü ağacdan asıb.

Masallı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Köhnə Alvadı kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Vəliyev Şəmsəddin Abbas oğlu özünü yaşadığı evin həyətində ağacdan asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 751