Bakıda avtobuslar toqquşdu


15:16     23 Fevral 2017 avtobuslar4.jpg

Bakıda avtobus qəzası baş verib.


Femida.az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Neftçilər metro stansiyasının yaxınlığında qeydə alınıb. 22 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu dayanacağa daxil olarkən qarşısında dayanan avtobusa çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtobusa ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 897