Ermənistanın Müdafiə Nazirliyinə hücum: Bir nəfər güllələndi


15:51     23 Fevral 2017 1457602016_snimokdaad9.jpg

Ermənistanın paytaxtı İrəvanda insident baş verib.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, fevralın 23-də saat 00:20 radələrində sərxoş paytaxt sakini A.Epremyan idarə etdiyi “Opel Astra” markalı avtomobillə Ermənistanın Müdafiə Nazirliyinin 2 nömrəli kompleksinin giriş qapısını dağıdaraq nazirliyin ərazisinə daxil olub.

Qanunsuz olaraq nazirlik ərazisinə daxil olan şəxs nəzarət-keçid məntəqəsində xidmət aparan əsgər tərəfindən atəşə tutulub. Ona 8 dəfə atəş açılıb.

Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 7170