Lerikdə qar uçqunu - Bir ailənin 5 üzvü öldü (Yeniləndi)


18:12     23 Fevral 2017 qar%20kend1.jpg

Lerik rayonunda qar uçqunu baş verib.

Femida.az xəbər verir ki, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi ölüb.

***

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsus olduğu deyilir.

***

Lerik rayonunda qar uçqunu nəticəsində ölən ailə üzvlərinin adları məlum olub.

Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.

Hadisə baş verən anda evdə 6 nəfərin olduğu, onlardan ikisinin xilas edildiyi bildirilir.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 2928