Xocalı ilə bağlı yürüş - Bu yollar bağlanacaq
17:36 23 Fevral 2017
Xocalı soyqırımı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Xətai rayonu Xocalı prospekti “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək izdihamlı yürüş tədbirinin rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi üçün paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərə bütün avtomobillərin hərəkəti həmin gün məhdudlaşdırılacaq.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Qanlı faciənin 25-ci ildönümünün anılması üçün yürüşçülərin Neftçilər və Bülbül prospektlərinin kəsişməsindən başlayaraq Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə Xocalı prospekti “Ana fəryadı” abidəsi ətrafında dövrə edib, eyni marşurutla 28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub.
Bununla əlaqədar qeyd edilən marşurut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Yəni:
1. Bakı-Ələt yolunun 14-cü km-dən və Sədərək T/M-nin çıxışından 3-cü kənar dairəvi yola;
2. 20-ci sahə dairəsindən Dağ Üstü park yolu ilə Badamdar qəsəbəsinə;
3. Bayil qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən – 20 ci sahə qəsəbəsinə;
4. Bayraq meydanı, “Dalğa plaza” inzibati binasının yanından M.Useynov küçəsinə.
Eləcə də, Niyazi, Teymur Elcin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu Zavod dairəsindən, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsilə kəsişməsindən, Afiyəddin Cəlilov - Nəcəfqulu Rəfiyev küçələri kəsişməsindən, Heydər Əliyev Mərkəzinin inzibati binası yanından, Xətai Prospekti Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyov, Xəqani, Puşkin, 28 may, R.Zorqe, K.Səfərəliyeva, Fikrət Əmirov kücələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa catanadək hərəkət istiqamətinin dəyişdirilməsi planlaşdırılıb.
Ona görə də Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin dünya və ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Anım mərasimdə iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur. Həmçinin Hava limanı istiqamətində cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.
Femida.az
Oxunub: 2671
Oxşar xəbərlər
- Xocalıda başlayan ömür - Ramil Usubovun doğum günüdür (FOTOLAR)
- Xocalı qadınları CNN-in aparıcısına məktub yazdı - FOTO
- Xocalı hava limanından uçuşlara qarşı tədbirlər görüləcək
- Xocalı sakini ABŞ Konqresində erməni vəhşiliyindən danışdı
- Xocalı ilə bağlı Avstraliya XİN-ə - Müraciət
- Xocalı təqaüdü təsis olunsun - Deputatdan təklif
- Xocalı ilə bağlı yürüş - Bu marşurut yolunu dəyişir
- Xocalıda sona qədər döyüşən icra başçısı: `Anamı, nənəmi itirdim` (MÜSAHİBƏ)
- Xocalı qurbanları mərkəzdə anıldı - FOTOLAR
- Xocalının canlı şahidi: `Ermənilər oğlanın meyitini itin başına bağladılar` – VİDEO