Şiddətli külək Ucarda fəsad törədib


18:14     23 Fevral 2017 kulekli_hava_5452.jpg

Şiddətli külək Ucar rayonunda fasadlar törədib.


Fevralın 22-də axşam saatlarından əsməyə başlayan güclü külək əsasən elektrik təsərrüfatına ziyan vurub. Səhər saatlarından şəhər də daxil olmaqla, rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin nəqlində fasilələr yaranıb.

“Azərişıq” ASC-nın Ucar Rayon Elektrik Şəbəkəsindən bildiriblər ki, enerji təchizatında yaranan fasilələr güclü külək nəticəsində naqillərdə baş verən problemlə əlaqədardır. Artıq təmir işləri aparılır. Yaxın saatlarda əhalinin enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1163