Bakı metrosu gücləndirilmiş rejimə keçəcək


19:19     23 Fevral 2017 baki-metropoliten-liderxeber.jpg

Fevralın 26-da Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək.


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Femida.az -a açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejiminə keçidin səbəbi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədardır.

N.Paşayev əlavə edib: "Metronun "Xətai" stansiyası Xocalı abidəsinə yaxın yer olduğu üçün həmin gün ora daha çox sərnişinin gəlməsi gözlənilir. Ona görə də əsasən həmin stansiya gücləndirilmiş iş rejimində işləyəcək".

Femida.az

Açar sözlər:

Oxunub: 1237