Zaqatalada fındıq bağları yanıb


19:25     23 Fevral 2017 7229.jpg

Zaqatala rayonunda yeni salınmış fındıq bağlarında yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Muğanlı və Qandax kənd inzibati ərazilərində kənd bələdiyyəsinə məxsus, yeni salınmış fındıq bağlarında yanğın qeydə alınıb.

Hadisə yerlərinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Muğanlı kəndindəki yanğın nəticəsində 4 hektar ərazidə əkilmiş 400 yaxın fındıq tingindən 100-ü, Qandax kəndində isə 2 hektar ərazidə əkilən 200 fındıq tingi yanıb.

Yanğının genişlənərək digər sahələrə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 939