Sərhəddən narkotik keçirərkən tutuldu


19:51     23 Fevral 2017 2015-04-29-15-07-19narkotik3.jpg

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.


DGK-dan Femida.az-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı İsmayılov Elvin Neymət oğlunun çamadanı "Heimann X-Ray" rentgen yük-yoxlama qurğusundan keçirilən zaman monitorda çamadanın metal tutacağının içərisində şübhəli predmetlərin təsviri görünüb. Təkrar baxış nəticəsində isə şübhəli predmetlərin psixotrop maddə və narkotik vasitələr olduğu müəyyən edilib.

Beləliklə, gömrük əməkdaşları çamadanın metal tutacağının içərisində 8 ədəd bükümdə xalis çəkisi 101,732 qram olan metamfetamin, 2 ədəd bükümdə xalis çəkisi 10,217 qram olan qurudulmuş marixuana, 2 ədəd bükümdə xalis çəkisi 37,024 qram olan tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 15,123 qram olan həşiş qətranını aşkara çıxarıblar. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 973