Sahibkarlar üçün treninqlər keçirilib
20:24 23 Fevral 2017
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda, Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Balakəndə fəaliyyət göstərən istehsal müəssisələrində sahibkarlar üçün treninqlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İstehsal sahələrinin idarə edilməsi”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” mövzularını əhatə edən treninlərqdə istehsal sahələrində biznesin təşkili və səmərəli idarə edilməsi, brendləşmə, “Made in Azerbaijan” brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, investisiya layihəsinin (biznes planın) tərtib edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bununla yanaşı, tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.
Treninqlərdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunması barədə məlumat verilib.
Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Femida.az
Oxunub: 1212
Oxşar xəbərlər
- AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib
- Prezident Bakıda qanunsuz tikililərlə bağlı dövlət qurumları və sahibkarlara xəbərdarlıq edib
- Azərbaycan sahibkarları ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər
- AQTA sədri fitosanitar qaydalara əməl etməyən sahibkarlara müraciət edib
- Mikayıl Cabbarov xarici ölkələrin sahibkarlarını Azərbaycana dəvət etdi
- Qaxda karantini pozan sahibkarlara intizam tənbeh tədbirləri tətbiq edilib
- Sahibkarlar Klubu üzvlərinin sayı 500-ə çatdı
- Ədliyyə və məhkəmə islahatlarının sahibkarların hüquqlarına təsirləri ilə bağlı videokonfrans keçirilib
- "Məhkumları işə götürən sahibkarlara vergi güzəştləri olsun" - TƏKLİF
- Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib