“Xocalı soyqırımı” kitabı macar dilində


02:14     24 Fevral 2017 xocali_1_6914877001_83ec1f1d8e3.jpg

Çağdaş insanlıq tarixindəki ən amansız və dəhşətli hadisələrdən biri – erməni separatçılarının törətdikləri Xocalı soyqırımının 25 illiyi münasibəti ilə Azərbaycanın Macarıstandakı səfirliyi tarix elmləri doktoru, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı Həvva Məmmədovanın “Xocalı soyqırımı” kitabını macar dilində nəşr edib.


Femida.az-a səfirlikdən verilən məlumata görə, indiyə qədər bir sıra dillərə tərcümə olunan bu əsər 1992-ci ilin fevral ayında tarixi Azərbaycan şəhərində yaşanan insanlıq dramının bütün dəhşətlərini əks etdirir. Kitaba Xocalı qurbanlarının tam siyahısı və erməni vəhşiliyini göstərən çoxsaylı illüstrativ material əlavə olunub. Səfir Vilayət Quliyevin yazdığı əhatəli müqəddimədə Xocalı soyqırımının memarı olan müasir Ermənistan rəhbərliyinin yalnız Azərbaycan xalqı deyil, insanlıq və müasir sivilizasiya qarşısında, bəşəri dəyərlər qarşısında məsuliyyət və cavabdehlik məsələsi qaldırılır.
Bir sıra macar saytları artıq kitabdan Xocalı soyqırımı şahidlərinin və xarici media nümayəndələrinin şahid ifadələrini öz səhifələrində yerləşdiriblər. Əsərin macar dilində nəşri haqqında ölkənin aparıcı mətbuat orqanlarından biri olan “Madyar Hirlap” qəzetində ayrıca məlumat verilib.
Kitabın bütün tirajının Macarıstan parlamentinin üzvləri, mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri, kitabxanalar və ayrı-ayrı tanınmış ictimai-siyasi xadimlər arasında yayılması nəzərdə tutulur.





Femida.az

Açar sözlər:

Oxunub: 981