Masallıda ilahiyyatçı həbs edilib
01:04 24 Fevral 2017
Masallı şəhər sakini Sərdar Babayev qanunsuz dini fəaliyyət göstərdiyinə görə həbs edilib.
Femida.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da əsasən Bakı şəhərində yaşayıb, amma mütəmadi olaraq bütün bölgələrdə, o cümlədən Masallı şəhərində qanunsuz dini fəaliyyətlə məşğul olub:
S.Heydərovun sözlərinə görə, S.Babayev barəsində Cinayət Məcəlləsinin 168-1.3.1 maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanılıb və rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmü ilə 3 ay həbs qətimkan tədbiri seçilib:
“Cinayət Məcəlləsində nəzərdə tutulur ki, xaricdə təhsil alan şəxslər dini təbliğat, dini ayin və mərasimlərin aparılmasına rəhbərlik edə bilməzlər. Sərdar Babayev barəsində aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, o 1991-ci ildə İranın Qum şəhərində Beynəlxalq Əlmustafa Universitetinin İlahiyyat fakultəsində təhsil alıb”.
Komitə sədrinin müavini bildirib ki, S.Babayev Masallı cümə məscidində dəfələrlə qanunun tələblərini pozaraq dini ayinlər icra edib: “Bu barədə ona dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyətini davam etdirib”.
Femida.az
Oxunub: 899
Oxşar xəbərlər
- Masallıda yarış atlarını oğurladılar
- Masallıda nəhəng qartal tutuldu - FOTO
- Masallıda 20 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açıldı - Meyitin qalıqları tapıldı
- Masallıda mağaza yandı
- Masallıda sürücü sükan arxasında öldü
- Masallıda 6 otaqlı ev yanıb
- Masallıda yol kənarından meyit tapıldı
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda 50 yaşlı kişini avtomobil vurub