Suriya ilə bağlı Cenevrə danışıqları başlayıb


01:44     24 Fevral 2017 cenevre%20danisiqlari5.jpg

İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında 4-cü mərhələsi keçirilən Suriya danışıqları ikitərəfli görüşlərlə başlayıb.


BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura, Suriya hökuməti heyəti və müxalifət nümayəndə heyəti BMT binasında ayrı-ayrılıqda bir araya gəlib. Müzakirələrin rəsmi açılışı isə günortadan sonra keçiriləcək.

BMT-dəki açılış sessiyasında və Suriya hökuməti və müxalifətinin nümayəndə heyətləriylə yanaşı, Rusiya, Türkiyə, İran və ABŞ-ın da tərkibində olduğu Beynəlxalq Dəstək Qrupu üzvlərinin nümayəndələrinin iştirakı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1143