Ohanyan həbsini istisna etmir


17:19     27 Mart 2017 Seyran-Ohanyan-765x510.jpg


Ermənistanın keçmiş müdafiə naziri, “Ohanyan-Raffi-Oskanyan” blokunun lideri Seyran Ohanyan həbs oluna biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O deyib ki, təbliğat kampaniyası zamanı bu kimi məişət mövzularına və intriqalara diqqət ayırmağa zaman yoxdur:

“"Biz Ermənistanda yaşayırıq və burada heç nəyi istisna etmək olmaz. Bildiyiniz kimi, mən siyasətdə yeniyəm. Lakin vəziyyətə tez uyğunlaşdım və savadlı insanları ətrafıma topladım. Düşünürəm ki, bunların hamısı dezinformasiyadır. Mən bütün Ermənistanı gəzirəm, siyasi proseslərin mərkəzində oluram. Əgər belə bir şey olsaydı, hüquq-mühafizə orqanlarından kimsə bir dəfə də olsa bu məsələyə toxunardı. Lakin biz Ermənistanda yaşayırıq, burada heç nə istisna deyil”.

Femida.az

Açar sözlər:

Oxunub: 701