Kirsan İlyumjinov FİDE-dən istefa verməyib - Rəsmi


22:10     27 Mart 2017 784756bc-3463-424d-a7f5-cca80c96297f_1490620661.jpg

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov istefası barədə yayılan məlumatla münasibət bildirib.


Femida.az xəbər verir ki, K.İlümjinov TASS-a açıqlamasında qurumun rəhbəri postundan getmədiyini bildirib.

“Məni vəzifədən götürmək istəyirdilər, amma bunu bacarmadılar. Mən heç nəyi imzalamamışam və istefaya getməyəcəyəm. ”, - deyə o bildirib.

Qeyd edək ki, bir qədər əvvəl təşkilatın rəsmi saytında Kirsan İlümjinovun vəzifəsindən istefa verdiyi barədə məlumat yerləşdirilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 736


Oxşar xəbərlər