Ruhani Moskvadadır - Putinlə görüşəcək


00:58     28 Mart 2017 Putin%20ruhani.jpg

İran prezidenti Həsən Ruhaninin Rusiyaya səfəri başlayıb.


Femida.az -ın verdiyi xəbərə görə, səfər iki gün davam edəcək.

Bu gün İran prezidenti Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşəcək. Görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunacaq. Tərəflər Avrasiya İqtisadi İttifaqı ilə Tehran arasında ticarət rejiminin yaradılmasını da müzakirə edəcəklər.

Sabah Həsən Ruhani ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq. Görüşdə birgə enerji layihələri və ikitərəfli əməkdaşlığın bütün spektrləri müzakirə olunacaq. Görüşün sonunda ikitərəfli sənədlər imzalanacaq.

Açar sözlər:

Oxunub: 1394