Azərbaycanlı iş adamları Qazaxıstana gedir


01:20     28 Mart 2017 is%20adami9.jpg

Şanxay Əməkdaşlıq Təşkilatının İşgüzar Şurası tərəfindən Qazaxıstanın paytaxtı təşkil olunacaq “Yaşıl İqtisadiyyatın İnkişaf Perspektivləri” EKSPO-2017 sərgisi keçiriləcək.


Bu barədə Femida.az-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, sərgi iyunun 7-də Astana şəhərində baş tutacaq. Eyni zamanda sərgi çərçivəsində biznes forumun keçirilməsi planlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər.
Sərgi və forumda iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya (əlaqələndirici şəxs: Anar Nuriyev, tel.: +99412 598 01 47 (daxili: 123), e-mail: [email protected]) müraciət edə bilərlər.

Açar sözlər:

Oxunub: 737