Parisdə polis sakini güllələdi, qarşıdurma yarandı


15:49     28 Mart 2017 france_disorder_280317.jpg

Fransa polisinin Paris sakinini öldürməsindən sonra paytaxtda iğtişaş yaranıb.


Femida.az-ın məlumatına görə, qarşıdurma nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı xəsarət alıb.

"Le Parisien" qəzeti yazır ki, insidentə səbəb martın 27-də iki polis əməkdaşının məişət zəminində mübahisəni araşdırmaq məqsədilə mənzillərdən birinə gələrək 56 yaşlı Li Şayonu güllələməsi səbəb olub. Onun bıçaqla asayiş keşikçilərinə hücum etdiyi bildirilir. Lakin mərhumun qızı bunu təkzib edir.

Qətlə yetirilən sakinin xatirəsini anmaq üçün onlarla insan bir yerə toplaşıb. Parisin 19-cu dairəsində polis məntəqəsinin yaxınlığındakı dinc nümayiş kütləvi qarşıdurmaya keçib. Naməlum şəxslər polis avtomobilinin şüşələrini sındırıb, sonra onu yandırmağa cəhd ediblər. İzdihamı dağıtmağa çalışan polis əməkdaşlarına daş, butulka atılıb.

Üç nümayişçinin saxlanıldığı bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 969