Rusiya DİN-in idarə rəisi öldürülüb


18:55     28 Mart 2017 gullelenmek.jpg

Moskvada Rusiya Daxili İşlər Nazirliyinin təmir-tikinti idarəsinin rəisi Nikolay Volkov güllələnib.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, paytaxtın Osenniy küçəsində naməlum şəxslər N. Volkova hücum edərək qovluğunu əlindən alıblar və müəyyən edilməyən silahdan onun döş nahiyəsinə atəş açıblar. N. Volkov aldığı qüllə yaralarından hadisə yerində ölüb.

Hadisə ilə bağlı qətl, quldurluq və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 811