Oqtay Əsədov Rusiya Dövlət Dumasının spikeri ilə görüşüb


22:06     28 Mart 2017 oqtay96.jpg

Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə görüşüb.


Femida.azın xəbərinə görə, görüş Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan parlamenti ilə Rusiya Dövlət Duması arasındakı əlaqələrin ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri zəminində sürətlə inkişaf etdiyi bildirilib, əməkdaşlığın perspektivləri ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər V. Volodinin bu ilin sentyabr ayında Azərbaycana planlaşdırılan səfəri ilə bağlı məsələləri də müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 729