Əbülfəs Qarayev Belçika səfirini qəbul edib


00:27     29 Mart 2017 ebulfez-qarayev-liderxeber-640.jpg

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliya Respublikasının Azərbaycandakı səfiri Paula Leal da Silvanı qəbul edib.


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Portuqaliya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Əbülfəs Qarayev bildirib ki, may ayının ortalarında Portuqaliyaya səfəri nəzərdə tutulub. Görüş zamanı sözügedən səfər çərçivəsində ölkəmizin zəngin mədəni irsinin təbliğatı ilə yanaşı, turizm şirkətlərinin iştirakı ilə turizm potensialının təqdimatının təşkilinin zəruriliyi qeyd olunub.

Həmçinin iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair müvafiq hüquqi bazanın yaradılması istiqamətində görülən işlər müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 738