Türkiyədə ölüm cəzası bərpa oluna bilər


13:07     29 Mart 2017 olum%20hokmu1.jpg

Türkiyə parlamenti aprelin 16-da keçiriləcək referendumdan sonra ölüm hökmünün bərpa olunması barədə məsələyə baxa bilər.


Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, müxalif partiyaların liderləri də bu layihəni dəstəkləyəcəyini deyib.

Qeyd edək ki, Türkiyədə ölüm cəzasının bərpası barədə söhbətlər ötən ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra başlamışdı. Türkiyədə sonuncu dəfə ölüm hökmü 1984-cü ildə icra edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 597