`Uşağı bətndən çıxarıb, öz anasına yedirdiblər` - Yaqub Mahmudov


23:19     29 Mart 2017 13418729_10208324976497519_5887699957465092795_n_1490787565.jpg

"Ermənilər Cənubi Qafqaza köçürüldükdən sonra buradakı sabitlik pozulub. İşğalçıları Qafqaza köçürən qüvvələr daim onları müdafiə ediblər"


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitunin direktoru, deputat Yaqub Mahmudov 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, erməniləri Cənubi Qafqaza köçürən qüvvələr onları müdafiə etməklə buranı gərginlik ocağı kimi saxlayırlar.

"1918-ci ildə Azərbaycan xalqının ölüm və ya qalım məsələsi həll olunub. O zaman Azərbaycan torpaqlarında Ermənistanın yaradılması planı işlədilirdi. Tarixinə sahib çıxmayan xalqlar məhvə malikdirlər. Biz tariximizə sahib çıxırıq. Bir xalqı dilindən məhrum etmək üçün onun əlifbasını nə qədər dəyişərlər?! Bir xalqın mədəniyyətini nə qədər dəyişməyə cəhd edərlər?! Lakin xalq olaraq bizi heç kim məhv edə bilməyəcək".

Y.Mahmudov qeyd edib ki, ermənilər dəhşətli cinayətlərə imza atıblar: "Ermənilərin törətdikləri cinayətlər dünya tarixinə ləkədir. Uşağı bətndən çıxardıb, öz anasına yedirdiblər. Bu dəhşətli cinayət harada görülüb?".

Femida.az

Açar sözlər:

Oxunub: 773