`İranın Qarabağ siyasəti dəyişməzdir` - Səfir


21:22     29 Mart 2017 iran23.jpg

“İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı dəyişməz siyasəti tamamilə aydındır və indiyədək bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik”.


Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi iranlı musiqiçinin Dağlıq Qarabağda verdiyi konsertlə münasibət bildirərkən deyib ki, Novruz bayramı günlərində İran İslam Respublikasından heç bir rəsmi musiqi qrupu Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli sayılan ərazilərə səfər etməyib:

“Üçüncü ölkə mətbuatı vasitəsilə yayılan qeyri-mötəbər və bəzən təhrif olunmuş xəbərlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələri korlamaq və ictimai rəyi mənfi yönlərə yönəltmək məqsədi daşıyır. Təəssüf ki, indiyədək dəfələrlə bunun şahidi olmuşuq. Biz bu qəbil cəhdləri şiddətlə qınayırıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 1480


Oxşar xəbərlər