Qonşusunu taxta ilə döydü


01:47     30 Mart 2017 83332.jpg

Bakıda 31 yaşlı kişi qonşusu tərəfindən döyülüb.


Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 1986-ci il təvəllüdlü Məmmədov Anar Asif oğlu qonşusu (hələlik adı açıqlanmır) ilə əlbəyaxa mübahisə edib. Dava zamanı A.Məmmədov taxta parçası ilə başından və bədənin müxtəlif nahiyələrindən xəsarət alıb. A.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə şikayət edilib və araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1069