Mehman Hüseynov həbsdə qaldı


00:12     30 Mart 2017 mehman%20huseynov.jpg


Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Femida.az -ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova vəsatətlərlə çıxış ediblər. Onlar M. Hüseynovun vəkillərin yanında əyləşməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, prosesdə audio və ya video çəkiliş aparılması, iclasın istintaqla aparılması, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin dindirilməsi və digər məsələlər barədə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.


Məhkəmə iclası aprelin 10-da davam edəcək.


Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Femida.az

Açar sözlər:

Oxunub: 669