Prezidentin Sərəncamı ilə bağlı Nazirlikdə toplantı keçirilib


00:06     30 Mart 2017 Capture42.JPG

Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2017-ci il üçün iş planını müzakirə etmək üçün Səhiyyə Nazirliyində toplantı keçirilib.


Nazirliyin mətbuat xidmətinin məlumatında deyilir ki, tədbirdə nazirliyin şöbə və sektor rəhbərləri iştirak edib. Səhiyyə Nazirliyinin aparat rəhbəri Z.Mustafayevanın sədrlik etdiyi toplantıda korrupsiyaya ilə mübarizə, açıq hökumətin təşviqi məsələlərinə dair nazirliyinin ayrı-ayrı şöbələrinin gördüyü işlər və rüblər üzrə nəzərdə tutulan tədbirlər müzakirə olunub. Müzakirələrdən sonra toplantı iştirakçılarına bir sıra məsələlərin həlli barədə məlumatların vaxtında hesabat xarakterli toplanmasına dair tapşırıqlar verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1051