Əli İnsanovun məhkəməsinin vaxtı açıqlanıb
01:02 30 Mart 2017
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
Vəkil Toğrul Babayevin Femida.az-a verdiyi məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 7-nə təyin edilib. İşə Qaradağ rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.
Femida.az
Oxunub: 805
Oxşar xəbərlər
- Əli Həsənov Kestutis Yankauskas ilə görüşüb
- Əli İnsanov məhkəməyə gəlməkdən imtina etdi
- Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
- Əlil gənclər təhsil haqqından azad olmaq istəyirlər
- Əli İsmayılovun qardaşı həbs olundu
- Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub
- Əlillərin işə götürülməsindəki çətinliklər - Nazir səbəbini açıqladı
- Əlillərə ortopedik xidmət göstərilib
- Əli Ağami apellyasiya şikayəti verəcək
- Əli Həsənovun nəvəsi məhkəməyə gətirildi - ZƏRƏÇƏKMİŞLƏR GƏLMƏDİ (YENİLƏNİB)