Şəmkirdə partlayış olub, xəsarət alan var


01:40     30 Mart 2017 partlayis%20yangin1.jpg

Şəmkirdə yaşayış evində partlayış baş verib.

Femida.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Yaşayış evində baş verən qaz partlayışı nəticəsində qəsəbə sakini, 1950-ci təvəllüdlü Gülarə Hacıyeva ağır yanıq xəsarətləri alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan, onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.

Qohumlarının dediyinə görə, Gülarə Hacıyeva evə daxil olub işığı yandırarkən güclü partlayış baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1083