Arvadını aldadıb hamama apardı, başını kəsdi - YENİLƏNİB


20:50     30 Mart 2017 bichaq2.jpg

Dünən gecə Bakı şəhərinin Biləcəri qəsəbəsində törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb


Həyat yoldaşı, 22 yaşlı Aysel Cəlilovanı amansızlıqla qətlə yetirən 27 yaşlı İsrail Cəlilov "KamAZ" sürücüsü olub. 2 ay əvvəl boşanan cütlük bir neçə gün əvvəl İsrailin özünün və valideynlərinin təkidi ilə barışıblar və qızın atasının Biləcəridəki evində bir neçə gün qalmağa qərar veriblər. Dünən isə 27 yaşlı oğlan həyat yoldaşını aldadaraq hamama aparıb və yuyunmaq istədiyini deyərək ona kömək etməsini xahiş edib. Burada o, bıçaqla qızın boğazını bir neçə yerdən kəsərək onu öldürüb və evi tərk edib.

Hadisə həyət evində baş verdiyindən və hamam otağı yaşayış sahəsindən bir qədər aralıda olduğundan Ayselin qətlindən ailə üzvləri bir qədər gec xəbər tutub. Anası qızının hamamdan gec çıxdığını görüncə içəri daxil olub və dəhşətli faktla qarşılaşıb.

Məlum hadisə vaxtı Aysel Cəlilovanın İsraillə olan nikahından anadan olmuş iki körpəsi evdə oyaq olub və analarının gəlib onları yatırmalarını gözləyirmiş.

İ. Cəlilov dərhal 6-cı Polis Bölməsinə gələrək həyat yoldaşını öldürdüyünü deyib. O, ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. (Lent.az)

***

Bakıda dəhşətli qətl törədilib.

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsi Pünhan Təbrizli küçəsi ev 10-da yaşayan, 1990-cı il təvəllüdlü İsrail İsmayıl oğlu Cəlilov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aysel Ulduz qızı Cəlilovanın boğazını bıçaqla kəsib. A. Cəlilova qan itirməsindən ölüb.

Hadisəni törədən İ. Cəlilov polisə könüllü təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 4228