Gömrükdə “Parliament” əməliyyatı


14:46     30 Mart 2017 gomruk%20siniq.jpg

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Vaz 21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olması barədə məlumat daxil olub.


Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Qazax rayonunun İncəsu adlanan ərazisində saxlanılıb və qanunvericiliyə uyğun olaraq baxış keçirilməsi üçün nəqliyyat vasitəsi Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilib. Yoxlama zamanı avtomobilin yük yerindəki sellofan torbaların içərisindən üzərində aksiz markası olmayan 7600 ədəd "Vinston", 4200 ədəd "Parliament" və 3380 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 663