Bağırsağında narkotik gətirən şəxs həbsxanada öldü
14:59 30 Mart 2017
Azərbaycanda daha bir məhkum ölümü baş verib.
Femida.az-ın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 1970-ci il təvəllüdlü Ruslan Vaqif oğlu Əbdürrəhmanov xəstəlikdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2014-cü ildə Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında idarənin “Qoşa təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əbdurrəhmanov Ruslan Vaqif oğlu saxlanılıb. Baxış keçirilən zaman onun daxili orqanlarında 3 növ narkotik maddə aşkar edilib.
Femida.az
Oxunub: 1355
Oxşar xəbərlər
- Bağırsağında Azərbaycana heroin keçirmək istədi
- Bağırsağından narkotik çıxdı - İrandan gəlirdi
- Bağırsağında narkotik keçirmək istədi
- Bağırsağında narkotik keçirmək istəyən tutuldu
- Bağırsağından 57 büküm heroin çıxdı
- Bağırsağından narkotik çıxdı
- Bağırsağında narkotik keçirən şəxs tutuldu
- Bağırsağında heroin keçirmək istədi