ABŞ dövlət katibi Türkiyədədir - Ərdoğanla görüşəcək
15:54 30 Mart 2017
ABŞ dövlət katibi Reks Tillerson bu gecə Türkiyəyə səfərə gəlib.
Səfər proqramından öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi nəzərdə tutulan R. Tillersonun görüş proqramı dəyişib. Qonaq öncə baş nazir Binəli Yıldırımla görüşüb.
ABŞ dövlət katibi bu gün R. T. Ərdoğan, daha sonra həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və mətbuat konfransı keçirəcək. Görüşlərdə ABŞ-Türkiyə münasibətləri, ABŞ-ın PKK-nın Suriya qolu olan PYD/YPG-yə dəstək verməsi və Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələlərinin diqqət mərkəzində olması gözlənilir.
Baş nazir B. Yıldırım ABŞ-ın İstanbul Baş Konsulluğundan FETÖ-nün Türkiyə Silahlı Qüvvələri “imamı” sayılan və 15 iyul dövlət çevrilişinə cəhddə önəmli rol oynayan Adil Öksüzə telefon edilməsi faktı və "Halkbank"ın beynəlxalq bankçılıq şöbəsinin müdir müavini Mehmet Hakan Atillanın ABŞ-a səfər zamanı həbs edilməsinin də müzakirə olunacağını açıqlayıb.
Femida.az
Oxunub: 955
Oxşar xəbərlər
- ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru istefaya gedir
- Abşeronda silah satan keçmiş `zek` tutuldu
- Abşeronda piyadaları maşın vurub
- Abşeronda dəhşətli qəza: Maşın piyadanın beynini dağıtdı (18+)
- ABŞ-ın Pakistandakı səfiri XİN-ə çağırıldı
- ABŞ İrandakı etirazları dəstəkləyir
- ABŞ İŞİD-lə bağlı iddiaları rədd edib
- ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini bərpa etdi
- ABŞ BMT-yə meydan oxudu - Qüdsdə səfirlik açılacaq
- ABŞ Kadırovu “qara siyahı“ya saldı