Ankarada İŞİD əməliyyatı - 6 nəfər tutuldu


18:50     30 Mart 2017 14908673123025649230_1000x669.jpg

Türkiyənin Ankara şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 6 nəfər həbs edilib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın təhlükəsizlik xidmətinin əməkdaşları təyin olunan evlərə əməliyyat təşkil ediblər.

Həbs olunanların Suriyada terror təşkilatına dəstək verdikləri məlum olub, onlar təşkilata yeni üzvlərin cəlb olunmasında iştirak ediblər. Təşkilat üzvlərinin evlərində axtarış zamanı müəyyən sənədlər ələ keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 945