Azərbaycanlı qadın kişi qonşusunu bıçaqladı


19:13     30 Mart 2017 ogruqadin20150926.jpg

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda bıçaqlanma hadisəsi olub.


Femida.az APA-nya istinadən xəbər verir ki, hadisə rayonun Təkəli kəndində baş verib.

Kənd sakini, 24 yaşlı Türkan Asim qızı Məmmədova qonşusu, 26 yaşlı Məmmədhüseyn Məmmədovu bıçaqlayıb.

Təkəli kəndinin daxil olduğu Qaçağan kənd icra nümayəndəliyinin mütəxəssisi Xosrov Namazov bildirib ki, hadisə ailə zəminində baş verib. Bir övladı olan Türkan Məmmədova Məmmədhüseyn Məmmədovun qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Səbəb 26 yaşlı Məmmədhüseyn Məmmədovun qadına qarşı qeyri-etik hərəkətlər etməsi olub. Hazırda o, Marneuli xəstəxanasında əməliyyat olunub. Onun dalağının bir hissəsi kəsilərək götürülüb, vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, T. Məmmədova Marneuli rayon polis idarəsinə aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 935