Mançester terrorunu İŞİD törədib - FOTOLAR


14:58     23 May 2017 mancestr16.jpg

İŞİD terror təşkilatı ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Mançester polisi bəyan edib. Həmçinin İŞİD terrorçuları da bu barədə videomüraciət yayıb.

Bildirilib ki, terror aktı bir nəfər tərəfindən törədilib. Ölənlər arasın uşaqların da olduğu bildirilir.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50 nəfər xəsarət alıb.





































Femida.az

Açar sözlər:

Oxunub: 1458