Putin İlham Əliyevə məktub göndərdi
21:31 25 May 2017
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Femida.az -ın xəbərinə görə, təbrik mətnində deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Xalqınızın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycanın iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır.
Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir. Bütün səviyyələrdə məzmunlu siyasi dialoq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq tənzimlənib.
Əminəm ki, birgə səylərimizlə ikitərəfli əməkdaşlıq əlaqələri kompleksini bundan sonra da inkişaf etdirəcəyik. Bu, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında ölkələrimizin dost xalqlarının köklü mənafelərinə uyğun olaraq cərəyan edir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına sülh və əmin-amanlıq arzu edirəm".
Oxunub: 2875
Oxşar xəbərlər
- Putin İlham Əliyevi təbrik etdi
- Putin Sankt-Peteburqdakı partlayışı terror adlandırıb
- Putin Zaxarovaya diplomatik rütbə verdi
- Putinin ən müxalif rəqibinin namizədliyi qeydə alınmadı
- Putindən Azərbaycan Prezidentinə təbrik zəngi
- Putindən İlham Əliyevə ad günü təbriki
- Putinə zəng gəldi, iclası tərk etdi
- Putin Nazarbayevi təbrik etdi
- Putin Təhlükəsizlik Şurasını toplayır - TƏCİLİ
- Putin seçkilərdə müstəqil namizəd olacaq