Ana özünü oğlunun kəməri ilə asdı - Xaçmazda intihar


17:32     26 May 2017 intihar%20qadin8.jpg

Xaçmaz rayonunda 34 yaşlı qadın intihar edib.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhərinin Qələbə küçəsi -7 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Kəmalə Sərdar qızı Tağıyeva özünü yaşadığı evin qapısında oğlunun idman kəmərilə asıb.

Xaçmaz prokurorluğundan report-a bildirib ki, qadının iki övladı olub. O, psixi durumu ilə bağlı həyat yoldaşından ayrılaraq ata evinə qayıtmışdı.

Hüquq-mühafizə orqanları hadisə yerində olub, meyit tibbi ekspertizadan keçirilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 125 -ci maddəsilə cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 3960