Filippində qarşıdurma - 31 terrorçu öldürüldü


22:09     26 May 2017 1495800302.jpg

Filippinin Mindanao adasındakı Maravi şəhərində İŞİD-ə sədaqət andı içən "Əbu Səyyaf" təşkilatı liderinə qarşı çərşənbə axşamı günü keçirilən əməliyyatdan sonra qarşıdurma meydana gəlib.

Filippin ordusu münaqişənin dördüncü günündə 31 terrorçunun zərərsizləşdirildiyini, 13 hökumət işçisinin öldürüldüyünü açıqlayıb. Polkovnik-leytenant Co-Ar Herrera iki briqada əsgərin zirehli əsgərlər və hərbi hava qüvvələri tərəfindən dəstəkləndiyini vurğulayıb. Quru qüvvələrinin isə döyüş vertolyotları tərəfindən dəstəkləndiyini sözlərinə əlavə edən Herrera 150-dən çox mülki vətəndaşın bölgədən təxliyə edildiyini bildirib.

Filippin Silahlı Qüvvələrin mətbuat katibi general-mayor Restituo Padilla xarici döyüşçülərin da filipinli terrorçularla birlikdə olduğunu dilə gətirib. Padilla əcnəbi terrorçuların çoxunun öldürüldüyünü bildirərək, "12 terrorçu öldürülüb, bunların yarısını xarici döyüşçülər təşkil edir", - deyib. Hökumət qüvvələri ilə İŞİD-ə bağlı təşkilatlar arasında meydana gələn qarşıdurmadan sonra Rusiyaya rəsmi səfər edən dövlət başçısı Rodriqo Duterte səfərini yarıda kəsərək, ölkəsinə qayıtmışdı. Duterte dünən hərbi vəziyyət qanununu imzalayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 867