Azərbaycanda helikopter məcburi eniş edib


18:12     27 May 2017 18a9aeebe545.jpg

Bu gün "Silkway Helicopters Services" aviaşirkətinin "Мi-8" helikopteri Xəzər dənizində Çilov adasına məcburi eniş edib.


Bu barədə Femida.az-a "Azərbaycan Hava Yolları" (AZAL) ASC-dən bildirilib.

Helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin, hava gəmisi də zərər görməyib.

"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub. Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters" aviaşirkətinin digər helikopterləri ilə çatdırılacaq.

Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4883