Neftimiz ucuzlaşıb


18:54     27 May 2017 1452143260_kachalka-neft-oil.jpg

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 26-da 52,71 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 1,21 dollar/barel azdır.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 26-da 51,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 26-da 48,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,29 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 26-da 51,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,35 dollar/barel azdır.

Femida.az

Açar sözlər:

Oxunub: 907