Füzulidə insident - Həmkəndlilərinə atəş açdı
19:25 27 May 2017
Füzuli rayon sakini xuliqanlıq zəminində açdığı atəşlə həmyerlisinə xəsarət yetirib.
Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə mayın 26-da rayonunun Araz Yağlıvənd kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində rayon sakinləri Fəxri Balakişizadə və Əliabbas Musayevin istiqamətində tüfəngdən atəş açıb. Bu zaman yaxınlıqda dayanan həmkəndlisi Mütəllim Muradov əlindən xəsarət alıb.
N.Hümbətov Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “Maqnum” markalı ov tüfəngi götürülüb.
Femida.az
Oxunub: 883
Oxşar xəbərlər
- Füzulidə tank əleyhinə mina tapılıb
- Füzulidə top mərmisi tapılıb
- Füzulidə top mərmisi tapılıb
- Füzulidə Dövlət Müstəqilliyi günü qeyd olunub
- Füzulidə torpaqlara nəzarət gücləndirilib
- Füzulidə 5 otaqlı ev yanıb
- Füzulidə raket tapılıb
- Füzulidə tank mərmisi tapılıb
- Füzulidə mina tapılıb
- Füzulidə bələdiyyə torpaqları kül oldu